
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha dörd oyun baş tutacaq.
Fanat.Az xəbər verir ki, E qrupunun ilk matçında Almaniya Kurasaonu sınağa çəkəcək.
Qarşılaşma 14 iyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
C qrupunun Braziliya - Mərakeş görüşü saat 02:00-da, Haiti - Şotlandiya dueli saat 05:00-da başlayacaq.
Saat 08:00-da D qrupunun Avstraliya - Türkiyə oyununa start veriləcək.
DÇ-2026
14 iyun
C qrupu
I tur
02:00. Braziliya - Mərakeş
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Nyu-York/Nyu-Cersi stadionu
05:00. Haiti - Şotlandiya
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
Boston stadionu
D qrupu
I tur
08:00. Avstraliya - Türkiyə
Baş hakim: Xesus Valensuela (Venesuela).
"BC Place Vancouver" stadionu
E qrupu
I tur
21:00. Almaniya - Kurasao
Baş hakim: Calal Cayed (Mərakeş)
NRG Stadium