
İyunun 11-də start götürən futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün B qrupunda ilk turun daha bir görüşü keçirilib.
Ötən dünya çempionatının təşkilatçısı olan Qətər İsveçrə ilə üz-üzə gəlib. ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərindəki "Levis" stadionunda baş tutan matç sülhlə yekunlaşıb. Bu heç-heçə ilə Qətər millisi dünya çempionatları tarixində ilk xalını bayram edib.
Xatırladaq ki, B qrupunun ilk oyununda Kanada Bosniya və Herseqovina ilə bərabərə qalıb (1:1).
Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.
DÇ-2026
1-ci tur, 13 iyun
B qrupu
Qətər - İsveçrə 1:1
Qol: Boualem Xuxi, 90+5. - Brel Embolo, 17-pen.