
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında II tur davam edir.
Fanat.Az xəbər verir ki, D qrupunda Türkiyə Paraqvay millisi ilə üz-üzə gələcək.
Görüş saat 07:00-da start götürəcək.
C qrupunda isə Şotlandiya Mərakeşi, Braziliya isə Haitini sınağa çəkəcək. Qarşılaşmaların start fiti müvafiq olaraq saat 02:00 və 04:30-da səslənəcək.
DÇ-2026
II tur
C qrupu
02:00. Şotlandiya - Mərakeş
Baş hakim: İlgiz Tantaşev (Özbəkistan).
Boston stadionu
04:30. Braziliya - Haiti
Baş hakim: Alexandro Xose Ernandes (İspaniya).
Filadelfiya stadionu
D qrupu
07:00. Türkiyə - Paraqvay
Baş hakim: İvan Barton (Salvador).
San-Fransisko Bay Arena stadionu