
Dünya Çempionatının E qrupunda ikinci tur çərçivəsində gərgin qarşılaşma baş tutub.
Fanat.Az xəbər verir ki, Almaniya millisi ilk yarısını 0:1 hesabı ilə geridə qapatdığı oyunda Fil Dişi Sahili komandasına 2:1 hesabı ilə qalib gəlib.
Bundestimə qələbəni gətirən qolları matçın 60-cı dəqiqəsində meydana daxil olan və cəmi 30 dəqiqə ərzində dubl edən Deniz Undav vurub.
Bu qələbə ilə Almaniya millisi çempion olduğu 2014-cü il Dünya Kubokundan bəri ilk dəfə mundialda qrupdan çıxmağı vaxtından əvvəl təmin edib.
Beləliklə, almanlar 12 illik qrupda qalma lənətinə rəsmən son qoyublar.