
Dünya çempionatı çərçivəsində keçiriləcək Fransa - İraq qarşılaşması ciddi təbiət hadisəsi təhlükəsi ilə üz-üzə qalıb.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Filadelfiyada matçın start götürəcəyi saatlarda güclü tufan, dağıdıcı külək, ildırım və sel riski proqnozlaşdırılır.
FIFA protokollarına əsasən, stadiona 13 km məsafədə hər hansı bir ildırım çaxması qeydə alınarsa, oyun dərhal minimum 30 dəqiqəlik dayandırılmalıdır.
Hava şəraiti pisləşərsə, matçın startının ciddi şəkildə gecikməsi gözlənilir.