
Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün 3-cü tur start götürüb.
Üçüncü tura B qrupundan start verilib. İsveçrə meydan sahiblərindən olan Kanadanı, Bosniya və Herseqovina isə Qətəri məğlub edib.
Bu qələbə sayəsində İsveçrə B qrupunu 7 xalla lider tamamlayıb. Kanada isə 4 xalla ikinci olub.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq.
DÇ-2026
3-cü tur
24 iyun
B qrupu
İsveçrə – Kanada 2:1
Qollar: R. Varqas, 46, Manzambi, 57, P. Deyvid, 76
Baş hakim: Ramon Abatti (Braziliya).
Vankuver (Kanada). "BC Place".
Bosniya və Herseqovina - Qətər 3:1
Qollar: K. Alaybeqoviç, 29, Al Brake (ö.q), 34, Al Haydos, 41, Mahmiç, 81
Baş hakim: Xesus Valensuela (Venesuela).
Sietl. (ABŞ). "Lumen Field Stadium".