
Dünya çempionatının 1/8 finalında Misir qarşısında 0:2 hesablı məğlubiyyətdən geri dönərək 3:2 hesabı ilə 1/4 finala yüksələn Argentina millisində Lionel Messi futbol tarixinə keçəcək növbəti rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, matçın 79-cu dəqiqəsində Kristian Romeronun vurduğu qolda məhsuldar ötürmə müəllifi olan 39 yaşlı kapitan, Dünya Kuboku karyerasındakı rəsmi asist sayını 9-a çatdırıb.
Messi bu göstərici ilə 8 asistə malik digər Argentina əfsanəsi Dieqo Maradonanı geridə qoyaraq turnir tarixinin ən çox asist edən oyunçusu titulunu təkbaşına ələ keçirib.
Qeyd edək ki, ulduz futbolçu Dünya Çempionatlarında ilk asistini düz 20 il əvvəl — DÇ-2006-da Hernan Kresponun vurduğu qolda etmişdi.
Kamil Xudiyev