
2026-cı il dünya çempionatının matçlarında danışılmış oyunların keçirilməsi şübhəsi ilə bağlı genişmiqyaslı araşdırmaya start verilib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Avropa Şurasının hesabatında Temba Zvanenin Meksikaya qarşı matçda aldığı qırmızı vərəqə də daxil olmaqla bir neçə şübhəli epizod müəyyən edilib.
Eyni zamanda totalizatorlarda 4,5 milyon dollardan çox şübhəli mərc dövriyyəsinin qeydə alındığı vurğulanıb.
Hüquq-mühafizə orqanları çempionat matçlarına kənardan müdaxilə olunub-olunmadığını ciddi şəkildə araşdırır.