09:00 17.11.2022 722

Aslan Kərimovdan DÇ-2022 proqnozu: "İngiltərə, Fransa və Braziliya..."

DÇ-2022-nin startına 4 gün qalıb. Noyabrın 20-də start götürəcək futbol bayramı dekabrın 18-dək davam edəcək. 

Qətərdə təşkil olunacaq mundialda hansı yığmanın dünya çempionu adını qazanmağa əsas namizəd olduğu isə ən çox müzakirə edilən mövzularından biridir.

Futbol mütəxəssisi, millimizin sabiq üzvü Aslan Kərimov Fanat.Az-a açıqlamasında DÇ-2022-də komandaların şanslarını dəyərləndirib:

"Bizim nəslin bəxtinə elə düşüb ki, futbol aləmində bir çox yeniliklərlə üzləşdik. Pandemiya dönəmində futbol tarixində bir ilk yaşadıq. Oyunlardan öncə verilən testlər, bu prosedurun oyunlara təsiri, o cümlədən dünya çempionatının ilk dəfə noyabr ayında keçirilməsi kimi hallara şahid olduq.

Dünya çempionatları həmişə daxili liqalarda mövsüm başa çatdıqdan sonra yay aylarında başlayırdı. Bu dəfə isə daxili çempionatlarda fasilə olduğu vaxtda dünya çempinatı keçiriləcək. Bu, əlbəttə, mundiala təsirsiz ötüşməyəcək. Mənə elə gəlir ki, bu amil müsbət tərəfdən təsir edəcək. Çünki mövsüm başa çatdıqda futbolçular uzun bir marafon keçdikdən sonra dünya çempionatında iştirak edirlər. Bəzən dincəlmədən matçlara çıxmaq məcburiyyətində qalırlar. Bu dəfə isə mövsümün ortasıdır, ən qızğın vaxtdır. Fikrimcə, bu dünya çempionatı daha sürətli keçməsi ilə yadda qala bilər. 

Ümumilikdə qrupları dəyərləndirsək, İngiltərə, Almaniya, Fransa, İspaniya, Portuqaliya kimi ölkələr hər dəfə olduğu kimi favoritlər sırasındadırlar. Təbii, Cənubi Amerikadan Braziliya, Argentina da istisna deyil. Bu ölkələr mundiallarda həmişə üst sıralarda olublar. Aşağı-yuxarı elə bu ölkələrin milliləri də sonda qalib olur. 

***

Sıralama ilə gedəsi olsaq, Ekvador, Seneqal, Qətərlə A qrupunda yer alan Niderland millisinin favorit olduğu aşkardır. Turnirin ev sahibi Qətər də bu qrupda mübarizə aparacaq. Ancaq onların qrupdan çıxacağına şübhə ilə yanaşıram. Mənə elə gəlir ki, ilk pillədə Niderland qərarlaşacaq. İkinci yer uğrunda mübarizə isə Seneqal ilə Ekvador arasında gedəcək. Fikrimcə, qrupdan çıxmağa Seneqal daha yaxındır.  

Maraqla gözlədiyimiz mübarizə B qrupunda İran ilə ABŞ arasında olacaq. Oyunun gərginliyi bütün dünyaya məlumdur. Hesab edirəm ki, bu qarşılaşma böyük maraqla izlənəcək. Amma sözsüz ki, B qrupunun bariz favoriti İngiltərə millisidir. Məncə, İngiltərə və Uels milliləri 1 və 2-ci yerləri tutaraq qrupdan çıxa bilərlər.

Səudiyyə Ərəbistanı, Polşa və Meksika millilərinin də yer aldığı C qrupunun aşkar favoriti Argentinadır. Polşa ilə Meksika arasında isə 2-ci yer uğrunda mübarizə gedəcək. 

Fransa, Avstraliya, Danimarka, Tunisin olduğu D qrupuna təbii ki, Fransa dominantlıq edəcək. Lider Fransa, ikinci yerin sahibi isə Danimarkanın olmaq şansı daha çoxdur. 

Maraqlı qruplardan biri E qrupudur. Almaniya - İspaniya dueli maraqlı olacaq. Yaponiya və Kosta-Rika da var burada. Düzdür, zaman-zaman Almaniya millisinin hansısa turnirdə büdrəməsini görürük. Kosta-Rika millisini isə hardasa bu qrupun gizli favoriti sayıla bilər. Amma Almaniya - İspaniya matçının nəticəsinin həlledici olacağını düşünürəm. Bu iki komandanın 1 və 2-ci yerləri tutacağını zənn edirəm. 

F qrupunda Belçika, Kanada, Mərakeş, Xorvatiya yer alıb. Burada da Xorvatiya ilə Belçikanın aşkar favorit olduğunu görünür. 

Braziliya, Serbiya, İsveçrə, Kamerun millilərinin yer aldığı G qrupu barədə nəsə demək üçün futbol eksperti olamağa ehtiyac yoxdur. Çox güman ki, qrupun lideri Braziliya millisi olacaq. 

Sonuncu - H qrupunda Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya yer alıb. Bu qrupda da Portuqaliya bariz liderdir. Qalan hər 3 milli aşağı-yuxarı bir-birinə yaxındır. Burda ikincilik uğrunda gərgin mübarizə gedəcək. Düzü, bu qrupda kimin 2-ci yeri tutacağını deyə bilmirəm. Çünki hər üç komandanın şansı eynidir. 

***

Qrup mərhələsindən sonraki mərhələrdə 1/4 finala qədər təxmin etmək olar. Braziliya, Fransa, İngiltərə, İspaniya və ya Almaniya milliləri yüksələcək. Yarımfinala əsas favoritlərim ən komplektləşmiş millilərdən olan İngiltərə, çoxlarının böyük uğur qazanacağına inanmadığı Fransadır. Mənə elə gəlir ki, Fransa millisi potensialı olan və yarımfinala qədər irəliləyəcək komandadır. İspaniya çox cavan millidir. Bu komandandan nəticə gözləmək olar. 1/4 finala qədər çıxa bilərlər. 

***

Hansısa millinin parlayacağını isə demək çətindir. Bir çox komandanın seçmə mərhələnin qrup oyunlarını izləmək şansımız olmayıb. Ona görə ancaq qrup oyunları keçirildikcə görmək, daha doğrusu, qrupun sonuncu matçından sonra qiymətləndirmək olar. Ondan sonra təxmin etmədiyimiz millinin gözləmədiyimiz nəticəsi olarsa, onu fərqləndirmək olar. Bəlkə Danimarka millisini qeyd etmək olar. Uzun müddətdir mundiallarda iştirak etmir. Ola bilər ki, Danimarka millisini yaxşı nəticə göstərsin. Çünki Avropa çempionatında parlaq çıxışları ilə azarkeşlərin rəğbətini qazanmışdılar. Düşünürəm ki, bəlkə bunun ardını gətirərlər. 

Amma kimin çempion olacağını demək mənim üçün çətindir. Dünya çempionatının marafonu Avropa çempionatına nisbətən uzundur. Ona görə proqnozu lotoreya kimi demək olar. Ancaq demək istəmirəm. Bilmirəm hansı komanda çempion ola bilər. 

Hazırda İngiltərə, Fransa və Braziliya mənim üçün yarımfinala, finala çıxa biləcək millilərdir. Belçika yığmasını da vurğulamaq istərdim. Amma mənə elə gəlir ki, artıq yaşlanmış heyətə malikdirlər. Ona görə onları istisna edirəm". 

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

20 Avqust 2026
14:36

"Mets"in yetirməsi Azərbaycan klubu ilə müqavilə bağladı

14:17

"Səbail" Boluda dava saldı, polis müdaxilə etdi - VİDEO

13:58

U-16 Avropa çempionatında 5-ci oldu

13:39

"Milan" yeni yarımmüdafiəçi ilə anlaşdı

13:20

"Trabzonspor"un Nunyes xəyalı baş tutmadı

12:59

İntizam Komitəsi 5 aylıq sıradan çıxan futbolçunu 5 oyunluq cəzalandırdı

12:41

Dünya Seriyası: "Neftçi SOCAR" 1/4-də ispanlarla qarşılaşır

12:23

"Qalatasaray" müqaviləsini yenilədiyi oyunçunu sata bilər

12:04

Türkiyə klublarının Avroliqa oyunları Azərbaycanda da yayımlanacaq

11:46

KL: Mahir Emreli də səfərdə oynayır, Murad Məmmədov da

11:28

İstanbul nəhəngi İngiltərədən vinger gətirir

11:10

AL: "Beşiktaş"la "Trabzonspor"un ev sınağı, Zamiq Əliyevin komandası Norveç təmsilçisi ilə üz-üzə

10:51

Lionel Messi növbəti qolunu vurdu - VİDEO

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

Kamilo Duran "Seltik"ə belə qələbə qazandırdı - VİDEO

09:48

"Sabahın Ulduzları": "Neftçi" "Qəbələ" ilə oyunda coşdu - Fotolar/Nəticələr

09:25

KL: "Qarabağ" "Tvente" ilə qarşılaşır

09:00

"Sabah" uduzdu, İsrail Azərbaycanla fərqi artırdı - UEFA reytinqi

02:22

Valdas Dambrauskas "Hapoel"ə məğlubiyyətdən sonra nə danışdı?

01:43

"Səfərdə də yaxşı oyun göstərmək istəyirik” - "Hapoel"in baş məşqçisi

01:32

"Barselona" mövsümə kubokla başladı

01:22

"Mingəçevir"in növbəti rəqibi bilindi

01:14

ÇL: "Budyo-Qlimt" Niderlanddan qalib qayıdır

00:59

La Liqa: "Atletiko Madrid" mövsümə qələbə ilə başladı

00:58

Kamilo Duran Çempionlar Liqasında şou göstərdi

00:50

ÇL: "Sabah" pley-offun ilk qarşılaşmasında yenildi

19 Avqust 2026
23:57

İsveçli ulduz "Barselona"ya təklif edildi

22:48

İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.

22:13

"LANDAU Lions" İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb

21:31

"Səbail" Türkiyə klubu ilə heç-heçəyə razılaşdı

21:12

Qaşim Maqomedov Pakistandakı turnirdə bürünc medal qazanıb

20:44

Azərbaycan və Türkiyə taekvondoçuları birgə təlim-məşq toplanışında iştirak edirlər

20:04

AFFA-nın Lisenziya Komissiyasının iclasında "Goranboy" OİK-in sənədlərinə baxıldı

19:32

"Tvente"nin baş məşqçisi "Qarabağ"la matçdan əvvəl belə danışdı

19:12

Qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatının maskotları bilindi

18:40

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

18:10

Sidiki Şerifin yeni komandası müəyyənləşdi

17:52

"Qalatasaray" yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir

17:33

Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

17:14

"Bursaspor" azarkeşlərindən Torala böyük dəstək

Facebookdan bizi izləməyi unutmayın.
X