
DÇ-2022-nin ən bahalı milli komandasının kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, CIES İdman Araşdırmaları Mərkəzi komandaların reytinqini dərc edib.
Ən bahalı heyət 1,499 milyard avro dəyərində qiymətləndirilən İngiltərə millisinə məxsusdur.
Bu göstəricidə 2-ci yerdə Braziliya millisi qərarlaşıb. "Selesao"nun tərkibi 1,455 milyard avro dəyərində qiymətləndirilir. İlk üçlüyü 1,337 milyard göstərici ilə Fransa yığması qapayır.
DÇ-2022-nin ən bahalı komandaları:
1. İngiltərə (1,499 milyard avro)
2. Braziliya (1,455 milyard avro)
3. Fransa (1,337 milyard avro)
4. İspaniya (1,201 milyard avro)
5. Portuqaliya (1,154 milyard avro)
6. Almaniya (1,020 milyard avro)
7. Hollandiya (0,756 milyard avro)
8. Argentina (0,748 milyard avro)
9. Uruqvay (0,590 milyard avro)
10. Belçika (0,562 milyard avro)