
DÇ-2022-nin iştirakçılarından olan Kamerun bu gün BƏƏ-nin paytaxtı Əbu-Dabidə Panama ilə beynəlxalq yoldaşlıq görüşü keçirib.
Fanat.Az xəbər verir ki, oyun 161 hesablı heç-heçə ilə başa çatıb.
Hər iki qol ikinci yarıda vurulub. Hesabı 48-ci dəqiqədə afrikalılar açıb. Erik Şupo-Motinqin qoluna Panama millisi 55-ci dəqiqədə Mikael Murilyo ilə cavab verib.
Qeyd edək ki, G qrupunda yer alan Kamerun Serbiya, İsveçrə və Braziliya ilə mübarizə aparacaq.