"Neftçi"dən ayrılan Anete Bolqarıstan "Levski"si ilə anlaşıb. Fanat.az xəbər verir ki, 30 yaşlı hücumçu sabah Sofiya təmsilçisinin düşərgəsinə qoşulacaq və rəsmi müqaviləyə imza atacaq.
Beləliklə, o, keçmiş komandasına qayıdacaq. Anete 2015-ci ildə "Neftçi"yə məhz "Levski"dən transfer olunub. Futbolçunun Bakı klubu ilə müqavilə müddəti başa çatdığından, Bolqarıstana azad agent kimi yollanıb.
Qeyd edək ki, Anete ötən yay transfer olunduğu "Neftçi"də mövsüm ərzində 30 oyuna 3 qol vurub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol