
"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi Albaniyanın ən titullu komandalarından olan son çempion "Şkenderbeu" ilə qarşılaşacaq.
Oyun iyulun 1-də keçiriləcək. Qarşılaşma yerli vaxtla 18.00-da (Bakı vaxtı ilə 20.00) başlayacaq.
Xatırladaq ki, "Qarabağ” ilk yoxlama oyununu sabah yerli "İnsbruck"a, ikinci yoxlama oyununu isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.
Onu da bildirək ki, "Skenderbeu" oyun alqı-satqısında görə, UEFA tərəfindən avrokuboklardan qovulub.
Fanat.az