11:54 06.01.2018 4097

İtkin düşən alpinistlərin qarşılaşdıqları təhlükələr (FOTO/VİDEO)

2017-ci ilin dekabrın 23-dən etibarən itkin düşmüş "Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadənin Quba rayonundan Tufandağ istiqamətində axtarışları aparılır. Axtarışların iki həftədir davam etməsinə baxmayaraq, hələlik heç bir nəticə yoxdur. Xilasetmə işləri aparan Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının (FAİREX) əməkdaşları itkin düşmüş alpinistlərə aid hər hansı iz aşkarlamayıblar.

Qeyd edək ki, Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadənin Tufandağ zirvəsinə qalxması üçün ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti icazə verib. Alpinistlər Quba rayonu Xınalıq kəndinə "Niva” markalı avtomobillə gediblər, Tufandağa qalxmaq üçün "Qaz-66” ilə Xınalıqdan Şahyaylağa yollanıblar.



Şahyaylaqdan Mahmuddərə marşrutu üzrə hərəkət edərək Tufandağa yollanıblar. 24 dekabrda, 19:02-də mesaj yazıb Mahmuddərədə gecələyəcəkləri barədə məlumat veriblər. 



Növbəti gün marşrutdan qayıtmalı olan qrupdan xəbər çıxmadığını görən "Gilavar” Klubu bu barədə ETSN-ə məlumat verərək, xilasetmə ilə bağlı hazırlıqlara başlayıb. Departament tərəfindən bu barədə dərhal FHN-ə müvafiq məlumat verilib. 26 dekabrda xilasetmə qrupu yaradılaraq əraziyə göndərilib. 27 dekabrda FHN, DSX, ETSN və FAİREX təşkilatının üzvlərindən ibarət təcrübəli komanda tərəfindən xilasetmə işlərinə başlanılıb.

Nazirliyin məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, 23-25 dekabr tarixlərində Tufandağ massivində 9-13 dərəcə şaxta, 2-5 m/saniyə mülayim şimal-qərb, qərb küləyi olub. Lakin yerli sakinlər bildiriblər ki, 24 dekabrda həmin istiqamətdə tufan müşahidə edilib. Növbəti günlərdə axtarış işləri aparan alpinistlərə bildiriblər ki, dağçıların itdiyi gün hava şəraiti kəskin olub.


"Dekabrın 31-i səhər saatlarında ərazidə işləməyə getdik. Amma elə bir külək, qar çovğunu vardı ki, işləyə bilmədik. Alpinistlərin dağa getdiyi günlərdə - dekabrın 23-24-25-də hava daha pis olub. Xüsusilə 24-ü ikiqat pisləşib”, - xilasetmə işlərində iştirak edən könüllülərin biri məlumat paylaşıb.

Könüllülər xilasetmə işlərini aparan qurumlari qeyri-peşəkarlıqda ittiham ediblər. Onlar bildiriblər ki, yerli mütəxəssislər bu sahədə təcrübəsizdir, axtarışlardan iki həftəyə yaxın vatın keçməsinə baxmayaraq, heç bir iz tapılmayıb. Alpinistlər və itkin düşənlərin valideynləri xaricdən mütəxəssislər cəlb olmasını təklif ediblər. Dünən isə Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri hadisə rayonuna yollanıblar.



Avstriyalı mütəxəssislərin hansı təkliflər etdiyi, nə işlər aparacaqları bilinmir. 

Onu da bildirək ki, itkin düşmüş alpinistlərin üzərində GPS örtücüsü, yaxud ona oxşar bir cihaz olmayıb. Alpinistlərin üzərində mobil telefon olub. Yerli sakinlər bildiriblər ki, əgər onlar özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə, sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 12 gün keçib.



Alpinistlərin qarşılaşdıqları təhlükələr haqqında tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl məlumat paylaşıb.

Dağda alpinistin başına iki yerdə qəza gələ bilər:

1. Hərəkət halında
2. Düşərgədə (bivuak)

Qarlı və buzlu cığırlarda alpinistlər qalça nahiyyəsini qucaqlayan xüsusi sistemləri bir sığorta ipinə bağlayaraq hərəkət edirlər. Buna "bağlama” deyilir. Hər kəs xüsusi buz baltası daşıyır.



Bağlamada öndəki dağçı və sonuncu mütləq ən təcrübəlisi olur. Alpinistlər arasında məsafə minimum 3 metr ola bilər. Xüsusi təhlükəli yerlərdə öndəki idmançı bağlamada 10-15 metr qabağa buraxılır. Mənim ən çox bəyəndiyim, ritmini tutduğum məsafə 3-5 metr arasıdır. Beş metr daha yaxşıdır. Bağlamada alpinistlər arasındakı məsafə nə qədər qısadırsa, qəza anında qurtulma şansı bir o qədər azdır. İdmançılar arasında bağlamada məsafə nə qədər uzundursa, o qədər uzun ip götürmək lazımdır. İp nə qədər uzundursa, bir o qədər ağırdır. Alpinistlər ağır əşyaları daşımağı sevməzlər.



Alpinistlərin itkin düşməsinə səbəb olacaq hadisə ya hərəkət anında, ya da düşərgədə baş verə bilərdi. Hərəkət halında baş vermiş qəza zamanı alpinistləri bir ipə bağlı şəkildə, düşərgədə qəza baş verməsi halında isə alpinistləri çadırda tapmalıyıq. Alpinistlər dağda istədikləri yerdən gedə bilməzlər. Hər relyefə uyğun cığırlar mövcuddur. Onlar istədikləri yerdə çadır da qura bilməzlər. Çadırın qapısı küləyin əks istiqamətində, qar uçqunu tutmayacaq yerdə qurulmalıdır.

1. Hərəkət halında qayadan sürüşmə

Normal şərtlərdə idmançıların hamısının birlikdə sürüşməsi mümkün deyil. Öndəki sürüşmüşsə, arxadakı idmançı öz buz baltasını qayaya və buza saplayaraq düşüşü dayandırmalıdır. Arxadakı sürüşəndə də öndəki eyni hərəkəti etməlidir. İdmançılar arasında məsafə nə qədər uzundursa, sürüşməni saxlamaq üçün tələb edilən reaksiya müddəti o qədər uzundur. Çox vaxt bu, bir saniyə ərzində həyata keçirilməlidir. İkinci saniyədən sonra düşən insanı saxlamaq xüsusi ustalıq tələb edir.

Bu qəza növündə üç idmançının birlikdə yuvarlandığını nəzərə alsaq, onlara aid hər hansı bir izə rast gəlmək mümkün olardı.

2. Hərəkət halında qar uçqununa düşmək

Bu qəza növündə alpinistlərin qar uçqunu altında qalması baş verdiyi üçün onların heç bir izinə təsadüf etməmək mümkündür.

3. Hərəkət halında çatlara düşmək

Dağların ətəyində qar xəttindən yuxarı suyun maye halında olması ehtimalı yoxdur. Bu qar xətti Böyük Qafqaz üçün ortalama 3000 metrdir. Tufandağın şimal yamacında qar xəttinin 3000 metr olduğunu düşünsək, oradan yuxarıda daxilində böyük boşluqlar olan çatların mövcudluğunu nəzərə almalıyıq. Qar yağdığı zaman çatların üstü qapandığı üçün ilk baxışdan ayaq basdığınız yerin boşluq olduğunu anlaya bilmirsiniz.



Çatlara düşməmək üçün yenə də alpinistlər arasında bağlamada məsafə ən az 3 metr olmalıdır. Çox vaxt öndəki çatlara sürüşə bilər. O zaman arxadakı idmançı yenə də 1-2 saniyə ərzində öz buz baltası ilə düşüşü dayandırmalıdır. Buz çatlağına düşmə halında da alpinistlərin heç bir izi qalmaz.

4. Düşərgə halında qar uçqununa düşmək

Düşərgə halında qar uçqununa düşmüş idmançılar bir dəstədən ibarətdirsə, ancaq öz gücləri hesabına qarın altından çıxa bilərlər. Uçqunla gəlmiş qar sement kimi sərt olur. Onu eşərək kənara çıxmaq çətindir (amma mümkündür). Düşərgədə qar uçqununa yaxalanmış idmançılardan da heç bir iz qalmaya bilər.

5. Düşərgə halında ikən qar altında qalmaq

Qar uçqunu bir anda baş versə də, alpinistlər gecə yatarkən üstlərinə yavaş-yavaş yağan qarı hiss etməyə bilərlər. Yəni gecə çadırın ətrafı təmizdir. Amma səhər çadırın hər tərəfi, üstü də qar ilə örtülmüş ola bilər. Çadır çökəkdə qurulubsa, bu qarı təmizləmək praktik olaraq mümkün deyil. Çadırın üstünə yağan qar çadırın içindəki temperaturu artırdığı üçün idmançılara nisbətən isti şəraitdə yatmaq ləzzət edir və qiymətli vaxtı itirirlər. Məhz buna görə artıq sərtləşmiş qarda qazılan mağaraların girişi konfortlu şəraitə baxmayaraq, idmançılar tərəfindən dəfələrlə təmizlənməlidir. Bu qəza növündə də idmançılardan iz qalmaya bilər.



Böyük ehtimalla, qəza düşərgə halında ikən baş verib. Ya düşərgə halında qar uçqunu, ya da düşərgə halında qar altında qalma.
 
Mənbə: oxu.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

06 Avqust 2026
16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Everton" "Arsenal"ın yarımmüdafiəçisini aldı - Bu qiymətə

14:50

"Turan Tovuz" sabiq "Konyaspor"lunun keçidini rəsmən açıqladı

14:46

"Bu mərhələdə səhv etmək olmaz" - Ağasəlim Mircavadov "Qarabağ"a inanır

14:14

"Araz-Naxçıvan" futbolçusu ilə yollarını ayırdı

14:07

“Qarabağ” Akademiyasında yeni təyinatlar bilindi

13:49

Leau ilə anlaşan "Qalatasaray" indi də bu futbolçunu istəyir

13:31

Samir Əliyev "Qarabağ" - "Dinamo" mübarizəsindən nə gözləyir?

13:12

Cəfərov Avropa Liqasına təyinat aldı

12:55

"Barselona" Rodrini "Real"a keçmək fikrindən daşındırdı - SON DURUM

12:37

Qavi dünya çempionatında verdiyi sözü tutdu - FOTO

12:19

"Sabah" bu cütün qalibi ola bilər" - Aslan Kərimov

12:00

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

11:42

KL: Polşada azərbaycanlıların sınaq günü - "Qarabağ" ukraynalılara, Mahir Emreli isveçlilərə qarşı

11:23

Messi qollarının sayını artırdı

11:04

Premyer Liqa klubu 2 futbolçusunu əvəzedici heyətə göndərdi

10:30

AL: "Beşiktaş"ın səfər sınağı, Murad Məmmədovun komandası "Zalsburq"la üz-üzə

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

İsmail Kartal ÇL-dəki qələbəni şərh etdi, Qrinvudun qolundan danışdı

09:25

KL: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı

09:00

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

01:16

KL: "Apollon" "Brann"ı məğlub etdi

01:01

AL: "Ferentsvaroş" "Qurnik"i əliboş yola saldı

00:45

ÇL: "Fənərbağça" inamlı qələbəyə sevindi

00:17

"Mərhələni keçmək üçün şansımız var" - Valdas Dambrauskas

05 Avqust 2026
23:28

"Sabahın Ulduzları": "Zirə" "Dinamo"nu meydana çıxdığına peşman etdi

23:08

ÇL: "Orhus" "Sabah"ı minimal hesabla üstələdi

22:41

Azərbaycan millisi İslandiyaya məğlub oldu

22:16

“Real Madrid” və “Fulhem” arasında diqqətçəkən əlaqələr üzə çıxdı

21:43

Reşford “Mançester Yunayted”ə qayıdır

21:21

“Liverpul” Barkola üçün danışıqları davam etdirir: PSJ 150 milyon avro tələb edir

20:50

“Nottingem Forest” Reynders üçün 55 milyon funt sterlinq xərcləməyə hazırdır

20:04

"Orhus" - "Sabah" oyununun başlama saatı dəyişib

19:48

Bruno Gimarayeş “Nyukasl”dan ayrılmaq istəyir

19:13

“Yuventus”un gənc istedadı “Sassuolo”ya icarəyə verildi

18:40

"Cəbrayıl" və "Quba" futbol klublarının adları dəyişdirildi

18:14

Azərbaycan taekvondoçuları Gürcüstanda 22 medal qazanıblar

17:46

Ötən mövsüm çempion olan forvard özünə klub tapa bilmir

Facebookdan bizi izləməyi unutmayın.
X