16:11 06.08.2026 137

"Sabahın Ulduzları" - Bir qucaq ümid

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi "Sabahın Ulduzları" layihəsi çərçivəsində keçirilən turnirin uzun fasilədən sonra "həyata qayıtması" sıradan fakt deyil. Azərbaycanda uşaq futbolu ilə bağlı çatışmazlıqları sadalamaq təbii ki, başqa söhbətin mövzusudur. Əksər klublarda yeniyetmələr istər savadlı məşqçi kasadlığından, istərsə də yerli standartlara belə, cavab verməyən şəraitsizlikdən əziyyət çəkirlər. Əlbəttə, müxtəlif yaş qrupları üzrə başqa çempionatlar və turnirlər də keçirilir. Lakin "Sabahın Ulduzları"nın əhəmiyyəti və faydası barədə ictimaiyyətin daha dərindən məlumatlandırılması olduqca vacibdir. 

24 komanda - 24 ümid

İyunun 29-da gerçəkləşən püşkatma mərasimində U-15 və U-14 yaş qrupları üzrə hərəsində 12 komanda olmaqla, ümumilikdə 24 iştirakçının mübarizə aparacağı dəqiqləşdi. U-15-də “Zəngəzur”, “Marafon”, “Qarabağ”, “Ulduz”, “Şəfa” (sonradan "Rekord"la əvəzləndi), “Sumqayıt”, “Sabah”, “Neftçi”, “Qəbələ”, “Dinamo”, “Zirə” və EFA, U-14-də isə “Qəbələ”, “Vətən”, “Ulduz”, “Qarabağ”, “Azərbaycan Qartalları”, “Dostluq”, “Sumqayıt”, “Sabah”, “Neftçi”, EFA, “Xan” və “Zirə”nin mücadilə edəcəyi bəlli oldu. Tədbirə hər iki qurumun rəsmiləri, iştirakçı komandaların nümayəndələri qatılmışdı. “Sabahın Ulduzları”nın tarixinə həsr olunmuş videoçarxın nümayişindən sonra BFF-nin prezidenti Tahir Süleymanov, gənclər arasında dünya və Avropa çempionu olmuş Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov, AFFA Texniki Departamenti skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev, AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin nümayəndəsi Ceyhun Haşımov və “Neftçi” klubunun koordinatoru İslam Kərimov çıxış edərək turnirin mahiyyətindən danışdılar. 

Daha sonra isə Bayıl stadionunda yarışın yüksək səviyyədə təşkil olunmuş açılış mərasimi baş tutdu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, ardından U-15 və U-14 yaş qruplarının komandaları bayraqları ilə birlikdə meydana çıxdılar. 24 kollektiv şübhəsiz, 24 ümid deməkdir.

Həm stadiona toplaşan azarkeşlərin sayı, həm də açılışın sosial şəbəkələrdə böyük maraqla qarşılanması ölkə futbolunun gələcəyi adına xoş mənzərədir. Görünən budur ki, ciddi iş görülən yerdə auditoriya da formalaşır. 

Yayım çox şey deməkdir

Hər turun bir qarşılaşmasının "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanması təşkilatçıların atdığı daha bir önəmli addım qismində dəyərləndirilməlidir. Bu məqam futbolun kütləviləşməsinə, uşaqlıqdan gəncliyə boylanan yeniyetmələrin peşəkarlaşmasına xidmət edir. Razılaşaq ki, mərkəzi oyunların ekranla daşınması həm də layihənin sambalından xəbər verir. Gələcəkdə turnirin oyunlarında vurulan qolların, maraqlı keçidlərin, kombinasiyalı həmlələrin, yeniyetmələrin ifasında müxtəlif estetik hərəkətlərin ictimaiyyətə videoçarxlar vasitəsi ilə çatdırılmasını təmin etmək də mümkündür. Bərpa edilən, təkmilləşdirilən layihənin reklam və marketinq tərəfini də yaddan çıxarmamalıyıq. Yeniyetmə oyunçulardan qurulmuş komandaların mübarizəsinə bir neçə sponsorun cəlb olunması sevindirici haldır. 

Emreli, Cəfərquliyev, Mustafazadə, Ağayev və başqaları

Ölkə futbolunun son dövrlərdəki ən uğurlu yetirməsi Mahir Emreli başda olmaqla, layihə bir neçə tanınmış futbolçunun üzə çıxmasına yol açıb. Bəli, Mahir 2006-cı "Xudafərin"in heyətində məhz "Sabahın Ulduzları"nda diqqət çəkmiş, az keçməmiş tarixin yaddaşına qovuşmuş "Bakı"nın akademiasına cəlb olunmuşdu. Müxtəlif tanınmış Avropa klublarında top qovan, enişli-yoxuşlu karyerasının parlaq anları ilə həmyerlilərini qürurlandıran Emrelidən başqa, xüsusi təqdimata ehtiyacı olmayan Musa Qurbanlının, Elvin Cəfərquliyevin, Bəhlul Mustafazadənin, Emil Balayevin, Coşqun Diniyevin, Abbas Hüseynovun, Namik Ələsgərovun, Rahil Məmmədovun, Rza Cəfərovun, Ceyhun Nuriyevin  və digərlərinin də adlarını çəkə bilərik. "Sabahın Ulduzları" yalnız oyunçular yox, həm də Əliyar Ağayev kimi ölkənin bir nömrəli beynəlxalq dərəcəli hakiminin və bir çox gənc məşqçinin yetişməsinə də yardımçı olub.

U-15 dünya çempionatına hazırlıq

Futbol üzrə ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı Azərbaycanda keçiriləcək. Mötəbər turnir 22–31 oktyabrda Bakıda baş tutacaq. Bu, 15 yaşadək futbolçular arasında keçiriləcək dünya miqyaslı ilk rəsmi FİFA turniridir. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, yarışın ölkəmizdə yüksək səviyyədə təşkili üçün xüsusi Təşkilat Komitəsi yaradılıb və hazırlıq işlər davam etdirilir. Sözügedən DÇ-yə təsnifat mərhələsi olmadan, FIFA-ya üzv bütün milli assosiasiyaların U-15 komandaları dəvətlidir və turnirə 175-dən çox ölkədən nümayəndə heyətinin qatılacağı gözlənilir. Deməli, "Sabahın Ulduzları" haqqında danışdığımız dünya birinciliyinə hazırlıq planında da əvəzsiz layihədir.

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

06 Avqust 2026
17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Everton" "Arsenal"ın yarımmüdafiəçisini aldı - Bu qiymətə

14:50

"Turan Tovuz" sabiq "Konyaspor"lunun keçidini rəsmən açıqladı

14:46

"Bu mərhələdə səhv etmək olmaz" - Ağasəlim Mircavadov "Qarabağ"a inanır

14:14

"Araz-Naxçıvan" futbolçusu ilə yollarını ayırdı

14:07

“Qarabağ” Akademiyasında yeni təyinatlar bilindi

13:49

Leau ilə anlaşan "Qalatasaray" indi də bu futbolçunu istəyir

13:31

Samir Əliyev "Qarabağ" - "Dinamo" mübarizəsindən nə gözləyir?

13:12

Cəfərov Avropa Liqasına təyinat aldı

12:55

"Barselona" Rodrini "Real"a keçmək fikrindən daşındırdı - SON DURUM

12:37

Qavi dünya çempionatında verdiyi sözü tutdu - FOTO

12:19

"Sabah" bu cütün qalibi ola bilər" - Aslan Kərimov

12:00

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

11:42

KL: Polşada azərbaycanlıların sınaq günü - "Qarabağ" ukraynalılara, Mahir Emreli isveçlilərə qarşı

11:23

Messi qollarının sayını artırdı

11:04

Premyer Liqa klubu 2 futbolçusunu əvəzedici heyətə göndərdi

10:30

AL: "Beşiktaş"ın səfər sınağı, Murad Məmmədovun komandası "Zalsburq"la üz-üzə

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

İsmail Kartal ÇL-dəki qələbəni şərh etdi, Qrinvudun qolundan danışdı

09:25

KL: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı

09:00

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

01:16

KL: "Apollon" "Brann"ı məğlub etdi

01:01

AL: "Ferentsvaroş" "Qurnik"i əliboş yola saldı

00:45

ÇL: "Fənərbağça" inamlı qələbəyə sevindi

00:17

"Mərhələni keçmək üçün şansımız var" - Valdas Dambrauskas

05 Avqust 2026
23:28

"Sabahın Ulduzları": "Zirə" "Dinamo"nu meydana çıxdığına peşman etdi

23:08

ÇL: "Orhus" "Sabah"ı minimal hesabla üstələdi

22:41

Azərbaycan millisi İslandiyaya məğlub oldu

22:16

“Real Madrid” və “Fulhem” arasında diqqətçəkən əlaqələr üzə çıxdı

21:43

Reşford “Mançester Yunayted”ə qayıdır

21:21

“Liverpul” Barkola üçün danışıqları davam etdirir: PSJ 150 milyon avro tələb edir

20:50

“Nottingem Forest” Reynders üçün 55 milyon funt sterlinq xərcləməyə hazırdır

20:04

"Orhus" - "Sabah" oyununun başlama saatı dəyişib

19:48

Bruno Gimarayeş “Nyukasl”dan ayrılmaq istəyir

19:13

“Yuventus”un gənc istedadı “Sassuolo”ya icarəyə verildi

Facebookdan bizi izləməyi unutmayın.
X