Badmintonçumuz Edi Reski Dviçayo Hindistanın Lakhau şəhərində keçirilən "Syed Modi India International 2022" turnirində çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, 24 yaşlı indoneziyalı legioner "HSBC BWF World Tour Super 300" seriyalı turnirin 1/8 finalında belçikalı Julyen Karraci ilə qarşılaşıb və rəqibinə 0:2 (15:21,16:21) hesabı ilə uduzub.
Qeyd edək ki, ilk dəfə "Top 300" elit turnirinin əsas mərhələsində iştirak edən Edi hesabına 2750 reytinq xalı yazdırıb.