Sambo üzrə builki dünya çempionatının yeri dəyişdirilib.
Fanat.Az Beynəlxalq Sambo Federasiyasının (FIAS) rəsmi saytına istinadən xəbər verir ki, yarış əvvəldən planlaşdırıldığı kimi Türkmənistanda deyil, Qırğızıstanda baş tutacaq.
Qərar Türkmənistan Sambo Federasiyasının müraciətindən sonra qəbul olunub.
Qeyd edək ki, dünya çempionatı 11 - 13 noyabrda Qırğızıstanın paytaxtı Bişkekdə təşkil ediləcək.