İtaliya A Seriyasının 32-ci turunun yarıda qalmış “Udineze” – “Roma” matçı bu axşam yekunlaşıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma qaldığı yerdən - 73-cü dəqiqədən davam etdirilib.
Matçın qalan dəqiqələri ərzində daha bir qol vuran “Roma” səfərdən 3 xalla qayıdıb.
Aprelin 14-də keçirilmiş bu görüş qonaq komandanın müdafiəçisi Evan Ndikanın meydanda halının pisləşməsi səbəbindən, hesab 1:1 olarkən yarıda dayandırılmışdı.
Bu nəticədən sonra “Roma” 58 xalla 5-ci, “Udineze” 28 xalla 17-cidir.
İtaliya A Seriyası
32-ci tur
25 aprel
Udineze – Roma 1:2
Qollar: Pereyra – 23 – Lukaku, 64. Kristante, 90+5.