AFFA-da Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.
Fanat.Az xəbər verir ki, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı üzrə Qaydaları müzakirə olunub.
Tədbirdə eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.
Seminarın sonunda klub nümayəndələri 2023-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.