Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fanat.Az ötən gün baş tutan transfer xəbərlərini təqdim edir:
***
“Barselona” müdafiəçisi Markos Alonsoyla müqavilənin müddətini artırıb. Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
***
"Borussiya Dortmund" heyətinə 16 yaşlı futbolçu cəlb edib. Bundesliqa təmsilçisi "Anderlext"in belçikalı vingeri Jülyen Düranvili transfer edib. Transfer qiyməti 8,5 milyon avro təşkil edib.
Düranvil Belçikada həmyaşıdları arasında ən istedadlı futbolçu hesab olunur. "Anderlext"in yetirməsi olan gənc oyunçu əsas komandanın heyətində 11 oyunda meydana çıxıb və 1 qol vurub.
***
Türkiyənin “Qaziantep” klubu baş məşqçi Erol Bulutu istefaya göndərib. Buna səbəbə komandanın Super Liqanın cari mövsümündəki uğursuz çıxışıdır.
Belə ki, “Qaziantep” son 9 matçında qələbə qazana bilməyib. Komanda cari mövsümdə keçirdiyi 19 oyuna cəmi 19 xal toplayıb və 19 iştirakçı arasında 13-cüdür.
***
Fransanın “Lill” klubu braziliyalı qapıçısı Leo Jardimi Braziliya təmsilçisi “Vasko da Qama”ya satıb. Liqa 1 təmsilçisi bu transferdən 2 milyon avro qazanıb. Braziliyadan olan 27 yaşlı qolkiper yeni klubu ilə 2025-ci ilin 31 dekabrına qədər müqavilə bağlayıb.
Röya