
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” klubunun sponsoru ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.
İddiaya görə, “Qalatasaray”ın avrokubok oyunlarında “sarı-qırmızılar”ın formasının ön hissəsində məhz bu şirkətin adı yazılacaq.
Tərəflər arasında 4 illik müqavilənin imzalanacağı gözlənilir. “Qalatasaray” bu anlaşmadan ilə 5 milyon avro gəlir əldə edəcək.