
Hazırda davam edən dünya çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən oyunda Norveç yığmasına 2:3 hesabı ilə uduzan Seneqal millisinin baş məşqçisi Pap Tyav yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, o, matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
"Oyunçularımız hələ heç nəyin bitmədiyinin fərqindədirlər. Hər şey son turun nəticələrindən asılı olacaq. Bu, məğlubiyyətdir və biz bunu qəbullanaraq yolumuza davam etməliyik. Qarşıda daha bir oyunumuz var. Həmin matçda əlimizdən gələnin ən yaxşısını etməli və inamımızı itirməməliyik".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul