
"Turan Tovuz" futbolçusu Ayxan Hüseynovla əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı "boz qurdlar"ın mətbuat xidməti yayıb.
Hücumçunun müddəti başa çatan müqaviləsi yenilənməyib. Onun "Zirə"yə keçəcəyi gözlənilir.
Hüseynov Azərbaycan millisinin üzvüdür.
Tovuz klubu mövsüm başa çatandan sonra Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı, Sergey Samokla da yollarını ayırıb, geridə qalan "futbol ili"ni "Şamaxı"da keçirən portuqaliyalı vinger Dioqu Balau isə heyətə qatılıb.