“Forbes” nəşri dünyanın ən bahalı idman klublarının adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 50 klubun yer aldığı siyahıya 7 futbol komandası düşüb.
Siyahıda Milli Futbol Liqasının (NFL) təmsilçiləri çoxluq təşkil edir.
Futbol klublarından heç biri ilk "10-luq"da gözə dəymir. “Real Madrid” (6,07 milyard dollar) 11-ci, “Mançester Yunayted” (6 milyard) 13-cü, “Barselona” (5,508 milyard) 18-ci, “Liverpul” (5,288 milyard) 20-ci, “Mançester Siti” (4,99 milyard) 23-cü, “Bayern Münhen” (4,86 milyard) 24-cü, PSJ isə (4,21 milyard) 36-cı yerdə mövqe tutub.
Ən bahalı 10 idman klubu aşağıdakılardır:
1. “Dallas Kovboys” (NFL) – 9 milyard dollar.
2. “Nyu-York Yankis” (MLB) – 7,1 milyard.
3-4. Qolden Steyt Uorriors” (NBA) – 7 milyard.
“Nyu-İnqlend Petriots” (NFL) – 7 milyard.
5. “Los-Anceles Rems” (NFL) – 6,9 milyard.
6. “Nyu-York Cayents” (NFL) – 6,8 milyard.
7. “Çikaqo Bearz” (NFL) – 6,3 milyard.
8. “Las-Veqas Reyders” (NFL) – 6,2 milyard.
9-10. “Nyu-York Niks” (NBA) – 6,1 milyard.
“Nyu-York Cets” (NFL) – 6,1 milyard.