“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşa biləcəyi komandaların adları bəlli olub.
Fanat.Az xəbər verir ki, ağdamlıların potensial rəqiblərinin kimliyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turundan sonra bilinib.
ÇL-in qruplarındakı mübarizəni 3-yerdə başa vuran kollektivlər AL-də qrup ikincisi olan komandalarla üz-üzə gələcəklər. Bu isə o deməkdir ki, "Qarabağ" bu gün "Hekken"lə görüşü sərfəli nəticə ilə tamamlayaraq 2-ci pillədə qalsa, aşağıdakı klublardan birinə rəqib olacaq.
“Qarabağ”ın potensial rəqibləri:
“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna)
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də start götürəcək. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə mövqe tutub. İsveçlilər isə xal qazana bilməyiblər. Tərəflərin ilk dueli təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” AL-in pley-offuna yüksəlsə, rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.