"Liverpul"un kapitanı Vircil van Deyk Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Atalanta"dan aldıqları ağır məğlubiyyət barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, BBC niderlandlı futbolçunun dediklərini belə çatdırıb:
"Hamımız üçün çox məyusedici bir axşam oldu, ancaq biz bunun üzərində çox dayana bilmərik. Hər kəsin başqa böyük oyunu səbirsizliklə gözləməsinə ehtiyacımız var. Müsbət nəticələr qazanmaq haqda düşünməliyik.
Əlbəttə, çox məyusedicir. Amma bu bizi sındırmamalıdır. Uzun müddət idi ki, evdə uduzmuruq. Lakin "Atalanta"ya göstərdiyi performansa görə hörmət etməliyik. Bizi topla səliqəli rəftar edə bilmədiyimizə görə cəzalandırdılar. Hə, bir və ya iki qol vurmaq şansımız oldu. Təəssüf ki, bacarmadıq.
Geridönüşə inanmasaq, İtaliyaya getməyə dəyməz. Öz işimizi 0:3 hesabı ilə uduzaraq özümüz çətinləşdirmişik. Yeganə variant toparlanmaq və həfətəsonu keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaqdır. Yalnız bundan sonra Berqamoda azı 4 top vurmaq haqda fikirləşə bilərik".
Qeyd edək ki, tərəflərin cavab qarşılaşması aprelin 18-də Berqamoda keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat