İngiltərə Premyer Liqasının 29-cu turunun təxirə salınmış "Arsenal" - "Çelsi" ilə görüşündə "topçular" böyük hesabla (5:0) qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, beləliklə London klubu mövsüm ərzində evdə dörd nəhəngin hamısını - "Çelsi" (5:0), "Liverpul" (3:1), "Mançester Siti" (1:0) və "Mançester Yunayted"i (3:1) məğlub edib.
"Gracenote"-nin məlumatına görə, "topçular"dan əvvəl bunu yalnız 30 il əvvəl 1993/1994 mövsümündə "Blekbern" bacarmışdı.
34 turun nəticəsinə əsasən, "Arsenal" 77 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.
Mirağa