Bilbao "Atletik"inin vingeri İker Munyain cari mövsümün sonunda klubu ilə vidalaşacaq.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən İspaniya təmsilçisinin mətbuat xidməti yayıb.
"Atletik"in yetirməsi olan 31 yaşlı futbolçu 2009-cu ildə əsas komandada çıxış edir.
Kapitan 2020/2021 mövsümündə İspaniya Superkubokunun, bu mövsüm isə ölkə kubokunun qalibi olub.