İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Yunayted"ə 2:4 hesabı ilə uduzan "Şeffild Yunayted" antirekorda imza atıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv 38 matçlıq mövsümlərdə ən çox qol buraxan komanda ünvanına sahib çıxıb.
"Şeffild" geridə qalan 34 qarşılaşmada 92 dəfə topu tordan çıxarmaq məcburiyyətində qalıb ki, bu da indiyədək qeydə alınmış ən bərbad göstəricidir.
Qeyd edək ki, 42 oyunluq mövsümlərdə qapısında ən çox qol görən "Suindon Taun" olub. "Suindon Taun" 1993/1994 "futbol ili"ndə 100 dəfə oyuna mərkəzdən başlamaq məcburiyyətində qalıb.
Nihat