Bu yay azad agent kimi PSJ-dən "Real Madrid"ə keçən hücumçu Kilian Mbappenin Paris nəhəngi ilə çəkişməsi davam edir.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının hüquq komissiyası PSJ-yə Mbappeyə çatacaq 55 milyon avroluq borcu ödəmək göstərişi versə də, paytaxt klubu geri çəkilmək niyyətində deyil.
Əksinə, özünü haqlı bilən klub qərardan sonra Mbappeyə açıq mesaj göndərib: “Sənə ödəniş etməyəcəyik”.
Özünü haqlı sayan "Liqa 1"-in çempionu işi daha yüksək məhkəmədə davam etdirməkdə qərarlıdır.
Mirağa