
Yunanıstanın "Panatinaikos" klubu Anass Salah Eddini heyətə qatıb.
Fanat.Az xəbər verir ki, elladalılar rəsmi saytı üzərindən yaydığı açıqlamada müdafiəçini "Roma"dan bir illik icarəyə götürdüyünü bildirib.
İcarə müqaviləsinə oyunçunu 7 milyon avroya almaq və 1 milyon avro bonus ödəmək imkanı daxildir.
Ötən yay ərzində mərakeşli karyerasını davam etdirmək üçün çoxsaylı təkliflər alsa da, hamısını rədd edib. Yunanıstan çempionatında transfer pəncərəsinin hələ açıq olması futbolçunun seçimində həlledici olub. 24 yaşlı mərakeşli müdafiəçi karyerasını yenidən başlatmaq və sabit oyun təcrübəsi qazanmaq üçün buna əla fürsət kimi baxır.
Mirağa