"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays futboldankənar boş vaxtında rolunu dəyişmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, ingilis futbolçu "Emirates"-də keçirilən London Moda Həftəsində iştirak edib.
Məlumatı "British GQ" yayıb. Daha maraqlısı odur ki, Rays tədbirə model kimi qatılıb.
Onun yeni komanda yoldaşı Rikkardo Kalafiori, həmçinin, “Kristal Pelas”ın və İngiltərə yığmasının müdafiəçisi Mark Qay, “Mançester Yunayted”in əfsanəsi Rio Ferdinand və sabiq “Real Madrid”li Qaret Beyl də Raysı izləmək üçün "Emirets"-ə gəliblər.
Qeyd edək ki, Deklan Rays tezliklə futbol meydanına qayıdacaq, çünki sabah - sentyabrın 19-da "Arsenal" Çempionlar Liqasında "Atalanta" ilə qarşılaşacaq.
Mirağa