PAOK-un baş məşqçisi Razvan Luçesku Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda dünən səfərdə "Qalatasaray"dan aldıqları məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun mətbuat konfransında dediklərini belə çatdırıb:
"Bu, sıradan oyun deyildi. Parlaq futbola şahidlik etdik. Rəqibimiz yetərincə güclü çıxdı. Az qol imkanı yaratmadıq, amma əsas olan son nöqtəni qoymaqdır. Qol vurursansa, gərginlik azalır. Həqiqətən layiqli oyun sərgilədik".
Nihat