"Roma" rəhbərliyi komandanın baş məşqçisi İvan Yuriçi istefaya göndərə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb.
Xəbərə görə, "canavarlar"ın idarəçiləri ötən ay postundan uzaqlaşdırılan Daniele De Rossini əvəzləyən mütəxəssisin işindən narazıdırlar. Mənbə A Seriyasının 7-ci turu çərçivəsində sabah "Montsa"ya qarşı keçiriləcək matçın nəticəsinin Yuriç üçün həlledici olacağını vurğulayıb. Xorvat çalışdırıcı qovulacağı təqdirdə, De Rossinin geri qaytarılacağı bildirilib.
Qeyd edək ki, 6 tura 9 xal toplayan "Roma" turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub.
Nihat