
"Real Madrid"in müdafiəçisi Alvaro Karreras karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Məlumata görə, onun xidmətində "Arsenal" maraqlıdır. Mənbə London təmsilçisinin artıq sözügedən futbolçunun agentləri ilə əlaqə saxladığını açıqlayıb. "Topçular"ın baş məşqçisi Mikel Artetanın Karrerasa əsas heyətdə yer vəd etdiyi də diqqətə çatdırılıb.
Cari mövsüm "kral klubu"nun sıralarında 37 matça çıxan 23 yaşlı ispan 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Karrerasın "Real" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Toğrul