
"Real Madrid" mövcud müqaviləsinin bitməsinə hələ iki il qalmasına baxmayaraq, heyətin əsas ulduzlarından biri Cud Bellinqemlə yeni sözləşmə üzərində işləri davam etdirir.
Fanat.Az MARCA nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında gözlənilən razılıq ehtimal ediləndən də tez – yaxın iki həftə ərzində rəsmiləşə bilər.
Madrid təmsilçisi ingiltərəli yarımmüdafiəçini klubda uzun müddət saxlamaq və onun şərtlərini yaxşılaşdırmaqda qərarlıdır.
Bu addım klubun gənc ulduza nə qədər böyük dəyər verdiyini bir daha açıq şəkildə nümayiş etdirir.