
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (1:1) "Atletiko Madrid"i bu gecə Londonda baş tutan cavab qarşılaşmasında 1:0 hesabı ilə məğlub edən və 20 illik həsrətə son qoyaraq finala yüksələn "Arsenal" 55 il əvvəlki rekordunu təkrarlayıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, London komandası cari mövsümdə 41-ci qələbəsini qazanıb.
XXI əsrdə ən yaxşı nəticəsinə imza atan "topçular" şəxsi rekordunu da təkrarlayıb. Belə ki, "qırmızı-ağlar" 1970/1971 mövsümündə də 41 qalibiyyət əldə edib. Sözügedən kollektiv həmin vaxt FA Kubokunu qazanıb.
Xatırladaq ki, 35 oyuna 76 xal "Arsenal" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.
Toğrul