
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda 5:4 hesabı ilə məğlub etdiyi "Bayern Münhen"lə bu gecə səfərdə bərabərliyə razılaşaraq (1:1) finala yüksələn PSJ-nin cinah hücumçusu Xviça Kavaratsxeliya matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bütün komandalara hörmət edirik. Bizim üçün öz oyunumuzu oynamaq vacibdir. Hansı rəqiblə üz-üzə gələcəyimiz barədə o qədər də çox düşünmürük. Hər növbəti oyuna hazırlaşır, meydanda bütün gücümüzü qoyuruq. Əlbəttə, çətin olacaq. Axı biz Çempionlar Liqasının finalından danışırıq. Meydana çıxmalı və həlledici görüşdən həz lmalıyıq. İndi finala hazırlaşmaq vaxtıdır. Bizi həyatımızın ən önəmli matçı gözləyir və bu oyunda bacardığımızdan da artığını ortaya qoyacağıq".
PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələcək. Paris klubu ötən il bu turnirin qalibi olub. Enrikenin komandası Milan "İnter"ini 5:0 hesabı ilə yenib.
Nihat