
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda 4:5 hesabı uduzduğu PSJ ilə bu gecə öz meydanında heç-heçəyə razılaşaraq (1:1) mübarizəni dayandıran "Bayern Münhen"in hücumçusu Harri Keyn Münhendəki matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 90+4-cü dəqiqədə komandasının bərabərlik qoluna imza atan ingilis ulduzun sözlərini "Yahoo Sports" belə çatdırıb:
"Çox ağırdır. Bu gün finala çıxmaq üçün kifayət qədər imkanlarımız oldu".
Almaniya nəhəngini mübarizədən kənarlaşdıran PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələcək. Paris klubu ötən il bu turnirin qalibi olub. Enrikenin komandası Milan "İnter"ini 5:0 hesabı ilə yenib.
Nihat