
Türkiyə Super Liqasında çempionluq yaşayan və gələn mövsüm Çempionlar Liqasında uğur qazanmaq istəyən "Qalatasaray" transfer dünyasını sarsıdacaq addım atıb.
Fanat.Az "Sabah Spor" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Siti"nin portuqaliyalı super ulduzu Bernardo Silvanın transferi üçün rəsmən hərəkətə keçib.
"Sarı-qırmızılılar" uzun müddətdir Avropa nəhəngində top qovan təcrübəli yarımmüdafiəçi üçün düz 40 milyon avroluq nəhəng bir büdcə ayıraraq bu transferdə ən ciddi namizədə çevrilib.
Hücum xəttində həm mərkəzdə, həm de sağ cinahda mükəmməl performans göstərən ulduz oyunçunun İstanbula gəlişi Türkiyə futbol tarixində ən böyük transferlərdən biri ola bilər.