
İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" heyətin gənc və istedadlı hücumçusu Rayanın transferi ilə bağlı mövqeyini qəti şəkildə ortaya qoyub.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Ben Ceykobsun yaydığı məlumata görə, braziliyalı futbolçunun müqaviləsində yer alan 100 milyon avroluq sərbəstqalma bəndi yalnız gələn yay aktivləşəcək.
Klub rəhbərliyinin cari transfer pəncərəsində 19 yaşlı vunderkindi satmaq kimi bir niyyəti qətiyyən yoxdur.
Gənc oyunçunun özünün də komandada xoşbəxt olduğu və növbəti mövsümdə "Bornmut"un heyətində UEFA Avropa Liqasında çıxış etməyi səbirsizliklə gözlədiyi bildirilir.