
Avropanın transfer bazarında yay pəncərəsi öncəsi nəhəng klublar arasında böyük gediş-gəlişlər planlaşdırılır.
Fanat.Az İspaniyanın məşhur "El Debate" portalına istinadən xəbər verir ki, dünyaca məşhur menecer Xorxe Mendes PSJ və Portuqaliya millisinin yarımmüdafiəçisi Joau Neveşi "Real Madrid"ə təklif edib.
Növbəti mövsüm üçün mərkəz xəttini daha da gücləndirməyi planlaşdıran Madrid təmsilçisi gənc ulduzun transfer variantını dəyərləndirməyə başlayıb.
Paris klubunda və milli komandada nümayiş etdirdiyi dinamik oyunla Avropa nəhənglərinin diqqət mərkəzində olan Neveşin transfer dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.
Kamil Xudiyev