
"Real Madrid"in canlı əfsanəsi Raul Qonsales "kral klubu"nun prezidenti postuna namizəd olan iş adamı Enrike Rikelmeni dəstəklədiyi, indiki başqa Florentino Peresin qarşıdakı seçkilərdə qalib gəlməsini istəmədiyi üçün ünvanına yönələn tənqidlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, sabiq hücumçu şəxsi "X" hesabında belə bir paylaşım edib:
"Mənə necə "Real" fanatı olmağı öyrətmək lazım deyil. La-Kintadakı köhnə məşq bazasında böyümüşəm. Doqquz yaşımdan klubdayam. Mən heç kimə yaltaqlanmıram. Mən ispanam. Yaxşı və ya pis, mən "Real" azarkeşiyəm. Mən "Real Madrid"ə səs verirəm!"
Prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə Pereslə Rikelme mübarizə aparacaq.
Raul 1994-2010-cu illər aralığında İspaniya nəhənginin formasını geyinib. O, ötən ilə qədər klubun gənclərdən ibarət komandasını çalışdırıb.
Nihat