
"Barselona" yay transfer dönəmində Robert Levandovskinin yerini doldura biləcək potensial adlar üzərində rəsmi işə başlayıb.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun radarındakı əsas futbolçulardan biri "Arsenal"ın braziliyalı hücumçusu Qabriel Jesusdur.
London klubunun Jesusu satmaq üçün təxminən 39 milyon funt-sterlinq civarında bir transfer haqqı tələb edəcəyi gözlənilir.
İspaniya nəhəngi həm cinahlarda, həm də mərkəzdə oynaya bilən braziliyalı forvardı heyətə qatmaqla hücum variantlarını zənginləşdirmək niyyətindədir.