
"Barselona" yay transfer pəncərəsində arxa xəttini gücləndirmək məqsədilə rəsmi addımlar atmağa başlayıb.
Fanat.Az "365scores" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu "Leypsiq"in 23 yaşlı mərkəz müdafiəçisi Kastello Lukeba üçün Almaniya təmsilçisi ilə rəsmi danışıqlar aparır.
"Arsenal"ın da yaxından maraqlandığı fransalı stoperin müqaviləsində 2029-cu ilə qədər etibarlı olan təxminən 80 milyon avroluq sərbəstqalma maddəsi yer alır.
"Barselona" rəhbərliyinin bu transfer üçün masaya qoymağı planlaşdırdığı rəsmi təklif isə 30 milyon avro və əlavə 10 milyon avro bonus şəklindədir.