
İtaliya nəhəngi "Yuventus" hücum xəttini gücləndirmək məqsədilə "Real Madrid"in ulduz futbolçusu Brahim Diazı rəsmi transfer hədəfi olaraq müəyyənləşdirib.
Fanat.Az "365scores" portalının yaydığı məlumata istinadən xəbər verir ki, Turin klubu mərakeşəsilli ispaniyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq üçün rəsmi danışıqları ciddi şəkildə sürətləndirib.
Lakin Mədriddən ayrılmağa hazırlaşan futbolçu gələcəyi ilə bağlı yekun addımı atmazdan əvvəl tələsmək niyyətində deyil.
Ulduz oyunçu rəsmi qərar verməzdən əvvəl Jose Mourinyunun onun üçün nə planlaşdırdığını görmək və onun təklifini dəyərləndirmək üçün gözləmə mövqeyi seçib.