
Türkiyə milli komandası beynəlxalq yoldaşlıq görüşü çərçivəsində qarşılaşdığı Venesuela yığmasını 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qardaş ölkə təmsilçisinin bu qələbəsindən sonra İspaniya nəhəngi "Real Madrid" rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
"Kral klubu" start heyətində meydana çıxan və asistlə fərqlənən gənc ulduzu Arda Güləri bu rəsmi matçdakı çıxışına görə xüsusi təbrik edib.
Qeyd edək ki, Türkiyənin heyətində Barış Alper Yılmaz və Yunus Akgün fərqlənib.