
Fransa nəhəngi PSJ ulduz vingeri Bredli Barkola üçün astronomik bir qiymət müəyyənləşdirib.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı futbolçunun transferi üçün 130 milyon avro tələb edir.
Cari mövsümdə bütün turnirlərdə 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalan gənc istedad İngiltərə Premyer Liqası klublarının diqqət mərkəzindədir.
Həm "Arsenal", həm də "Liverpul" oyunçunun böyük pərəstişkarı olsa da, hələlik hər iki klub PSJ-nin bu çılğın tələbini ödəməyə isti baxmır.