
Tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən "Real Madrid"in ötən həftə iki futbolçu ilə müqavilə bağladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, insayder "kral klubu"nun artıq müdafiəçilərlə münasibətləri rəsmiləşdirdiyini bildirib.
O, İspaniya nəhənginin "İnter"dən Denzel Dümfrisi transfer etdiyini, eləcə də "Liverpul"dan ayrılan İbrahima Konateni rənglərinə bağladığını vurğulayıb.
Yerli mətbuat DÇ-2026-dan sonra "Real"a qoşulacaq Konatenin müddəti 2030-cu ilə qədər nəzərdə tutulan sazişə qol çəkdiyini diqqətə çatdırıbsa, Dümfrisin keçidini "İnter"in idman direktoru Pyero Ausilio təsdiqləyib.
Nihat