
İngiltərə Premyer Liqası təmsilçisi "Brayton" müdafiə xəttini gücləndirmək məqsədilə rəsmi addım atıb.
Fanat.Az tanınmış insayder Devid Ornşteynə istinadən xəbər verir ki, klub "Tottenhem"in gənc müdafiəçisi Luka Vuşkoviç üçün 30 milyon funt-sterlinqlik rəsmi təklif irəli sürüb.
Ötən mövsümü icarə əsasında "Hamburq"da keçirən yüksək potensiallı mərkəz müdafiəçisi Avropanın bir neçə nəhəng klubunun da diqqət mərkəzindədir.
Lakin xorvatiyalı oyunçunun karyerasında növbəti böyük addımı atmadan əvvəl inkişafını davam etdirə biləcəyi "Brayton" kimi bir kluba keçməyə üstünlük verdiyi bildirilir.